"Sumqayıt" daha bir futbolçunun keçidini rəsmiləşdirib.

"Gənclik şəhəri" təmsilçisi son olaraq İsrail "Bney Yehuda"sında çıxış edən qanalı hücumçu Karim Abubakarla 5 ay + 1 il şərti ilə müqavilə imzalayıb. 28 yaşlı forvard "Sumqayıt"ın heyətində 9 nömrəli formanı geyinəcək. Qeyd edək ki, Karim Abubakar karyerası ərzində ölkəsinin “Medeama", İspaniyanın "Leqanes", "Alkorkon", "Valdivia", "Don Benito", "Algesiras", "Yeklano Deportivo" və İsrailin "Hapoel Akre" klublarının uğurları üçün çalışıb.